"Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz” - Konor Makqreqor

"Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz” - Konor Makqreqor
15:42 14 Yanvar 2020
96 İdman
Ölkə mətbuatı
A- A+

UFC-nin sabiq çempionu Konor Makqreqor titulun sahibi Həbib Nurmaqamedovla Moskvada qarşılaşmaq istədiyini növbəti dəfə açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, ESPN-ə müsahibəsində deyib:

"Bu ili Həbiblə Moskvada görüşlə bitirmək istərdim. Bu, baş verməlidir. Mən Moskvada olmuşam. Gözəl şəhərdir. Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz".

Xatırladaq ki, Həbib və Konor 2018-ci ilin oktyabrında qarılaşıblar. Həmin görüşdə dağıstanlı idmançı 4-cü raundda qələbə qazanıb. Bundan sonra Konor onu yenidən döyüşə çağırıb. Həbib Nurmaqamedovun meneceri Əli Abdel-Əziz isə Makreqorla döyüşün onları maraqlandırmadığını söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/817715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR