Ernesto Valverde "Barselona" ilə vidalaşıb

İspaniyanın "Barselona" klubunun baş məşqçi vəzifəsindən göndərilən Ernesto Valverde komandanın azarkeşləri ilə vidalaşıb.

Metbuat.az "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssis yazdığı vida məktubunda "Barselona"da çalışdığı müddətdə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Hörmətli azarkeşlər, "Barselona"dakı baş məşqçi dövrüm başa çatdı. Buradakı 2,5 ilim olduqca gərgin keçdi. Lakin bu müddətdə mən çox xoşbəxt anlar yaşadım, qələbələr qazandım. Eyni zamanda çətin vaxtlarımız da oldu. Bununla belə, ilk növbədə vurğulamaq istəyirəm ki, burada təcrübə qazandım və kluba bağlandım. Mənə belə klubda işləmək imkanı verdiklərinə və mənə etimad göstərdikləri üçün klub prezidenti Xosep Mariya Bartomeuya, direktorlar şurasına və çalışdığım müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Əlbəttə, mənə 4 titul qazanmağa kömək etmək məqsədilə futbolçuların gördükləri bütün işlərinə və səylərinə görə onlara da öz minnətdarlığımı bildirirəm. Sizə və yeni baş məşqçi Kike Setienə uğurlar arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR