"Qızım əsl deputat olmağa layiqdir" -

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə qızı ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, X.Kazımlı unikal.org-a açıqlamasında qızının deputatlığa layiqli namizəd olduğunu bildirib:

"Mən deputatlığa namizədliyimi verməmişəm. Qızım Parlament seçkilərində iştirak etməklə bağlı qərar verdi. İnşallah yanvar ayının 17-si təbliğat prosesi başlayandan sonra özü mətbuata bu qərarı ilə bağlı açıqlama verəcək. Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR