Nəcməddin Sadıkov NATO-nun toplantısında

NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində görüş keçirilib.

Metbuat.az-ın xəbərinə görə, Brüsseldə NATO-nun mənzil qərargahında keçirilən görüşə Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da qatılıb.

Görüşdə Baş Qərargah rəisləri Əfqanıstanda təhlükəsizlik şəraiti, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişatı və əməliyyat şəraitində dəyişikliklər, habelə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçirilməsi üçün əsas səylər nəzərdən keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR