Astarada ərzaq anbarı yanıb -

Astarada yanğın baş verib.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, rayonda ümumi sahəsi 612 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ərzaq malları 70 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR