Həbs edilən icra başçısının prokurorluqda çalışan oğlu işdən çıxarılıb -

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ramal Quliyev işdən çıxarılıb.

Metbuat.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub: “Ramal Quliyev öz müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR