ABŞ İordaniyaya məxsus hərbi təyyarənin “İŞİD” tərəfindən vurulduğunu təkzib edib

ABŞ İordaniyaya məxsus hərbi təyyarənin “İŞİD” tərəfindən vurulduğunu təkzib edib
09:21 25 Dekabr 2014
67 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 01:33 ]

Bakı – APA. “İŞİD” terrorçu qruplaşmasının silahlıları İordaniyaya məxsus hərbi təyyarəni vurmayıblar, pilot qəza nəticəsində ekstremistlərin əlinə keçib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Mərkəzi komandanlığı (CENTCOM) açıqlama yayıb.

 

“İordaniya hərbi-hava qüvvələrinə məxsus F-16 təyyarəsi Suriyanın şimalında Rakka şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot isə “İslam Dövləti” tərəfindən ələ keçirilib”, açıqlamada qeyd olunur.

 

Bununla əlaqədar CENTCOM-un başçısı, general Lloyd Ostin bəyan edib ki, ABŞ İordaniyalı pilotun sərbəst buraxılmasına yönəlmiş bütün səyləri dəstəkləyəcək. “İŞİD”lə mübarizədə İordaniya ABŞ-ın dəyərli tərəfdaşıdır”, deyə L.Ostin vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR