Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır

Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır
13:22 16 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda vətəndaşlara əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması üçün əsasnamə ən geci yaxın 1 ay ərzində hazır olacaq.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib.
“Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək”, - deyə o, qeyd edib.
Nazir müavini həmçinin 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatlarının quraşdırılacağını qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/edv-nin-bir-hissesinin-qaytarilmasi-ucun-esasname-hazirlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR