Nazir Latviya səfirilə görüşüb

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviya Respublikasının Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, görüşdə ölkələr arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu il Azərbaycanda keçiriləcək 26-cı "Bakutel-2020" Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Latviya pavilyonu adı altında ölkənin innovasiya sahəsində nüfuzlu şirkətlərinin və startapların təmsil olunacağı əsas müzakirə mövzusu olub.

Eyni zamanda, hava daşımaları, dəniz və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR