Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır.

Metbuat.az-ın məlumatına görə, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Məktəblərdə beş günlük qış tətili olacaq.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq və iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR