2019-cu ilin ən iri haker hücumları

2019-cu ilin ən iri haker hücumları
08:22 18 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Kriptovalyuta birjalarına edilən haker hücümları ümumilikdə kriptovalyuta bazarındakı qiymətlərə mənfi təsir edən mühüm faktorlardan biridir. Haker hücumlarının təsir dairəsi birjaların nüfuzu, ticarət dövriyyəsi, istifadəçi sayı və oğurlanmış rəqəmsal aktivlərin dəyəridən aslı olaraq dəyişir.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, hər il hakerlər kriptovalyuta birjalarının təhlükəsizlik sistemlərini qıraraq milyonlarla dollar dəyərində rəqəmsal aktivləri oğurlamağı bacarırlar. 2019-cu ildə kibercinayətkarların "hack" etdiyi 7 ən iri kriptovalyuta birjaları aşağıdakılardır:

Cryptopia - Yanvar, 2019. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 16 milyon dollar.
DragonEx - Mart, 2019. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 7 milyon dollar.
BitHumb - Mart, 2019. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 19 milyon dollar.
Binance - May, 2019. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 40.7 milyon dollar.
BiTrue - İyun, 2019. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 4.2 milyon dollar.
BİTPoin - İyul, 2019. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 28 milyon dollar.
Upbit - Noyabr, 2019. Oğurlanmış rqəmsal aktivlərin dəyəri: 49 milyon dollar.
     2019-cu il bir daha göstərdi ki, kriptovalyuta birjaları rəqəmsal aktivlərin saxlanması üçün hələ də tam təhlükəsiz deyil. Hətta özünün təhlükəzislik sistemi ilə öyünən birjalar belə hakerlər tərəfindən hücuma məruz qalaraq istifadəçilərinin rəqəmsal aktivlərinin itirilməsi ilə nəticələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR