"Onun transferini növbəti həftə açıqlaya bilərik"

"Onun transferini növbəti həftə açıqlaya bilərik"
11:17 19 Yanvar 2020
102 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski Yaponiyanın "Vissel Kobe" klubundan ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Polşa əsilli forvard Türkiyəyə qayıda bilər.

34 yaşlı futbolçu Super Liqa təmsilçisi "Antalyaspor"a keçə bilər. Bu barədə klubun idarə heyətində yer alan Aytaç Altay məlumat verib:

"Podolski ilə danışıq gedir. Bəlli nöqtəyə gəldik. Çox kiçik detallar qalıb. Onun transferi növbəti həftə tamamlana bilər. Tezliklə transferi açıqlaya bilərik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/819177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR