Berlində Ərdoğanla Putinin görüşü başlayıb

Berlində Ərdoğanla Putinin görüşü başlayıb
16:36 19 Yanvar 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin Berlində Liviya ilə bağlı beynəlxalq toplantı başlamazdan əvvəl Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.

Trend-in məlumatına görə, bu gün Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir.

Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3179387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR