Berlində Ərdoğanla Putinin görüşü başlayıb

Berlində Ərdoğanla Putinin görüşü başlayıb
17:12 19 Yanvar 2020
43 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putinin Berlində Liviya ilə bağlı beynəlxalq toplantı başlamazdan əvvəl Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir.

Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR