Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib
22:22 19 Yanvar 2020
26 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil piyadanı vuraraq digər avtomobilin üstünə atıb.
“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
“İnşaatçılar” metrostansiyasının yaxınlığında Rəşad adlı 22 yaşlı gənc (soyadı dəqiqləşdirilir-red) yolu keçərkən onu avtomobil vurub. Piyada zərbənin gücündən digər avtomobilin üzərinə düşüb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-22-yasli-genci-vuraraq-agir-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR