İraqda irimiqyaslı aksiyalar: Polis döyüş güllələrindən istifadə edir

İraqda irimiqyaslı aksiyalar: Polis döyüş güllələrindən istifadə edir
09:48 20 Yanvar 2020
49 Digər
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtı Bağdadda və ölkənin cənub şəhərlərində hökumət əleyhinə aksiyalar davam edir.

Publika.az xəbər verir ki, nümayişçilər mərkəzi yolları bağlayaraq, körpülərə nəzarəti ələ keçiriblər. Hökumət bəzi şəhərlərdə toqquşmaların qarşısını almaq üçün rəsmi tətil elan edib.

Təhlükəsizlik əməkdaşları narazı kütləni dağıtmaq üçün döyüş güllələrindən və göz yaşardıcı qazdan istifadə edir. Tələfat barədə məlumat olmasa da, çox sayda etirazçının xəsarət aldığı bildirilir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/302393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR