Qubada 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

Qubada 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
12:32 20 Yanvar 2020
27 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunda 20 Yanvar faciəsinin 30-cu il dönümü qeyd olunub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, səhər saatlarından başlayaraq  Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat, hüquq-mühafizə orqanları əməkdaşları və sakinlər Qubanın "Şəhidlər xiyabanı" gələrək şəhid məzarlarını ziyarət ediblər, məzarların üzərinə tər qərənfillər qoyulub, onların xatirəsinə dualar oxunub. İcra başçısı Z.Əliyev şəhid ailələri ilə görüşüb.
Quba rayonunda 20 Yanvar faciəsi zamanı şəhid olan rayonun Küçeyi kənd sakini, Elçin Qeybullayevin və Quba rayon sakini, Rahib Hüseynovun dəfn edilkdikləri qəbristanlıqda məzarları ziyarət olunub. 
Xatırladaq ki, ümumilikdə, Quba rayonundan 20 Yanvar faciəsi zamanı 4 nəfər şəhid olub, 3 nəfər yaralanıb.













Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-20-yanvar-faciesinin-30-cu-ildonumu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR