Polis kriminal avtoriteti belə yaxaladı - VİDEO

Rusiyanın hüquq-mühafizə orqanları "Taxi" ləqəbi ilə tanınan kriminal avtoritet Qeorqiya Uqlavanı həbs edib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Qanuni oğru"nun yaxalanması ilə bağlı yayılan görüntülərdə xüsusi təyinatlıların onu evinə daxil olaraq saxlaması öz əksini tapıb. Qeyd edək ki, əməliyyat 2015-ci ildə həyata keçirilib. "Taxi" ləqəbli avtoritet Moskvadakı evində, onun 10 tərəfdarı isə Trans-Baykal ərazisində ələ keçib.(baku.ws)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR