Şəhid ailələrinə sayğı və qayğı göstərmək hər birimizin müqəddəs vəzifəsidir -

Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilirlər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri bu zümrədən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür. Şəhid ailələrinə sayğı və qayğı ilə yanaşmaq hər birimizin müqəddəs vəzifəsidir. Çünki onlar şəhidlərimizin bizə etibar etdikləri əmanətdirlər. Şəhidlərimizin ruhları şad olsun və məzarları nurla dolsun...

Bu gün ümumxalq hüzn günü olmaqla bərabər, ümummilli qürur günüdür. Bu faciəli və şərəfli günlə əlaqədar hər il təqvimin məhz bu günü şəhidlər xiyabanında izdiham müşahidə olunur, istər paytaxt sakinləri, istərsə də əyalətdən gələnlər, böyükdən kiçiyə hər kəs şəhidlərimizin məzarlarını ziyarət edir, onların əziz və unudulmaz xatirələri ehtiramla yad olunur.Artıq bu ənənə halını almışdır. Əminəm ki, qərinələr və əsrlər keçsə də, bu ənənə davam edəcək və nə qədər Azərbaycan xalqı və dövləti var bu müqəddəs məkan hər zaman ziyarət olunacaqdır.Təbii ki, təkcə 20 yanvar şəhidlərini deyil, bütün şəhidlərimizi ziyarət etmək hamımızın müqəddəs borcumuzdur. Axı şəhidlər vətən və xalq uğrunda canlarını belə əsirgəməyiblər.vALLAH bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri, hüquq üzrə magistr Firad Əliyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR