DƏHŞƏTLİ HADİSƏ: Dua etməyə gələn onlarla insan eyni vaxtda öldü (VİDEO)

DƏHŞƏTLİ HADİSƏ: Dua etməyə gələn onlarla insan eyni vaxtda öldü (VİDEO)
20:13 20 Yanvar 2020
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Efiopiyanın Qonder vilayətində təşkil olunan dini bayram zamanı faciə yaşanıb.

Publika.az AFP agentliyinə istinadən xəbər verir ki, səhnənin çökməsi nəticəsində 20-yə qədər insan həyatını itirib. Çox sayda yaralı var. Polisin məlumatına görə, dini tədbir yerli xristianlar tərəfindən “Epifani” bayramı çərçivəsində təşkil olunub.

Təhlükəsizlik qaydalarına əməl edilmədiyindən budaqlardan və taxtadan qurulan səhnə çöküb. Sınan budaqlar insanların bədənlərinə tuş gəlib. On minlərlə insanın iştirak etdiyi bayrama xaricdən gələn 15 min turist qatılıb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/302436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR