"Liverpul"un qapıçısının alnı yarılıb

"Liverpul"un qapıçısının alnı yarılıb
14:52 21 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Liverpul" klubunun qadınlardan ibarət komandasının qapıçısı Frensis Kitçinq ağır zədə alıb.
"Report"un məlumatına görə, 22 yaşlı qolkiperin məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində alnı yarılıb.
Həkimlər dərhal ingilis qapıçının alnına 10-dan çox tikiş qoyublar. Kitçinq qısa müddətdə vaxt taparaq həm tikişdən öncə, həm də sonra şəkillər çəkdirərək öz şəxsi "İnstagram" səhifəsində paylaşıb.
"Bu hadisə çərşənbə axşamı bir məşqdə baş verib. Ona görə də, mən komandanın oyununda iştirak etmədim. Bu qapıçı kimi aldığım ən pis zədədir. İndi şişkinlik yatıb və ağrı azalıb. Nəhayət özümü yaxşı hiss etdiyimi deyə bilərəm və yenidən məşqlərə qayıtmağa hazıram" - deyə qapıçı "İnstagram" səhifəsində yazıb.
Qeyd edək ki, Frensis Kitçinq eyni zamanda İngiltərənin 20 yaşlılardan ibarət yığmasının üzvüdür. 




Xəbərin orijinal ünvanı: https://report.az/futbol/liverpul-un-qapicisinin-alni-yarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR