Səudiyyə Ərəbistanı İranla dialoq şərtini açıqladı

Səudiyyə Ərəbistanı İranla dialoq şərtini açıqladı
09:03 23 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı İranla danışıqlara başlamağa hazırdır.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, görüşün baş tutması tamamilə İran hökumətindən asılıdır. Açıqlamaya görə, Tehran bölgədə gərginliyi artıracaq addımlardan imtina edərsə, Səudiyyə Ərəbistanı dialoq qurmağa hazırdır. İddia edilib ki, İranın addımları regionda sabitliyi pozur.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/302674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR