Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib
13:57 24 Yanvar 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib. 
"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında məlumat paylaşıb
O bildirib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı yanvarın 23-də məktəbə gedərəkən minik avtomobili vurub: "Onların hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini "Baku City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyinin-emekdaslari-qezaya-dusen-mekteblilere-bas-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR