"Neftçi" Antalya toplanışını 3 məğlubiyyətlə başa vurub

"Neftçi" Antalya toplanışını 3 məğlubiyyətlə başa vurub
20:12 24 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

"Neftçi" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, rəqib Ukrayna "Desna"sı olub.
Görüş flaqmanın məğlubiyyəti ilə yekunlaşıb - 2:1. "Ağ-qaralar"ın yeganə qolunu 66-cı dəqiqədə Stiven Jozef-Monroz vurub.
Beləliklə, "Neftçi" Antalya toplanışındakı hər 3 görüşünü məğlubiyyətlə bitirib. İlk matçında Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə görüşdə də meydanı məğlub tərk edib - 1:2.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-antalya-toplanisini-3-meglubiyyetle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR