Azərbaycanda mobil operatorların gəlirləri məlum olub

Azərbaycanda mobil operatorların gəlirləri məlum olub
20:27 24 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

2019-cu il ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 2 milyard 197,9 milyon manatlıq xidmət göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 912,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/820545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR