"Köln" "Borussiya"ya məğlub olub

"Köln" "Borussiya"ya məğlub olub
07:47 25 Yanvar 2020
105 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasında 19 tur başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Borussiya" "Köln" komandasına 5-1 hesabı ilə qalib gəlib. Oyun Dortmund şəhərində keçirilib.

Qollar: "Borussiya" - Rafael Gereyro (1), Marko Roys (29), Jeydon Sanço (48) və Erlinq Holand (77, 87); "Köln" - Mark Ut (65).

Qeyd edək ki, "Borussiya"nın 19 yaşlı futbolçusu Holand ilk iki matçda 57 dəqiqədə 5 qol vuran ilk oyunçu olaraq Bundesliqanın rekordsmeni adını qazanıb.

Hazırda "Borussiya" 19 oyunda 36 xalla Almaniya Bundesliqasında üçüncü pillədə qərarlaşıb. "Köln" 19 görüşdən sonra 20 xal toplamaqla 13-cü yerdədir.

Tur yanvarın 26-a qədər davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/820579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR