Koronavirusun növbəti ünvanı bu ölkə oldu

Koronavirusun növbəti ünvanı bu ölkə oldu
17:23 25 Yanvar 2020
196 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən həftələrdə Çinin Vuhan bölgəsində ortaya çıxan Koronavirusuna bu ana qədər 870 nəfər yoluxub, 41 nəfər isə həyatını itirib.

Publika.az xəbər verir ki, Çin, ABŞ, Tayland, Yaponiya, Cənubi Koreya, Tayvan, Vyetnam, Sinqapur və Səudiyyə Ərəbistanında meydana çıxan virus bu dəfə özünü Nepalda birüzə verib.

Nepal Səhiyyə Nazirliyindən verilən açıqlamaya əsasən, virus Vuhandan Nepala qayıdan bir tələbədə aşkarlanıb.

Səlahiyyətlilər bildirib ki, Tribhuvan Hava Limanından istifadə edən 3 nəfərdə virusa bənzər simptomlar aşkarlanıb. Çindən gələn bütün sərnişinlərin səhhətinə ciddi nəzarət edildiyi qeyd olunub.

Qeyd edək ki, Çin hökuməti Vuhan da daxil olmaqla, Hubey əyaləti xaricindəki 9 şəhərə giriş və çıxışı məhdudlaşdırıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/302898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR