“Sumqayıt” son oyunda qələbə qazandı

Bu gün "Sumqayıt" futbol klubu Antalyada son yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Ayxan Abbasovun komandası Qazaxıstanın "Şaxtyor" klubuna qarşı gücünü sınayıb. Yoxlama oyunu "Sumqayıt"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində Amil Yunanov dubla imza atıb. Digər qolları isə Əmir Ağayev və Rəhim Sadıxov vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR