Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi gecə ərzində davam edib

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi gecə ərzində davam edib
09:57 26 Yanvar 2020
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi prosesi bütün gecə ərzində davam edib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.
Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/azerbaycan-vetendaslarinin-turkiyedeki-zelzele-zonasindan-texliyesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR