"Yuventus" "Napoli"yə məğlub olub

"Yuventus" "Napoli"yə məğlub olub
01:57 27 Yanvar 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İtaliya A Seriyasında XXI turun mərkəzi görüşü "Napoli" və "Yuventus" arasında keçirilib.
"Report"un məlumatına görə, Neapoldakı "San-Paolo" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 63-cü dəqiqədə Pyotr Zelinski açıb. 86-cı dəqiqədə Lorentso İnsinye fərqi artırıb.
90-cı dəqiqədə isə Kriştianu Ronaldu təsəlli qolunu vurub.
Çempionatda ikinci məğlubiyyətlə üzləşməsinə baxmayaraq, "Yuventus" 21 oyundan 51 xalla 1-ci pillədə qalıb. 27 xala malik "Napoli" isə 10-cu pilləyə yüksəlib.
Qeyd edək ki, bu görüş həm də "Yuventus"un hazırkı baş məşqçisi Mauritsio Sarrinin keçmiş komandası ilə üz-üzə gəlməsi ilə əlamətdar olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-napoli-ye-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR