ABŞ-ın Bağdaddakı səfirliyi raketlərdən atəşə tutulub, yaralılar var

ABŞ-ın Bağdaddakı səfirliyi raketlərdən atəşə tutulub, yaralılar var
03:37 27 Yanvar 2020
104 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə atılan raketlər nəticəsində bir neçə nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Əl-Sumariya” televiziyası təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hazırda helikopterlər ABŞ səfirliyinin ərazisindəki insanları təxliyə edir.
İraqın baş naziri vəzifəsini icra edən Adel Abd əl-Mehdi isə Amerika səfirliyini raket atəşə tutan şəxslərin tapılaraq cəzalandırılması barədə göstəriş verib. 

01:12***
ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə üç raket mərmisi düşüb.
“Report”un məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı bildirib.
Qeyd olunub ki, raketlərdən biri diplomatik missiyanın restoranına dəyib.
Bir neçə saat əvvəl “Əl-Sumariya” hökumət idarələri və səfirliklərin yerləşdiyi "Yaşıl zona" yaxınlığında üç raketin düşdüyünü bildirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-bagdaddaki-sefirliyi-raketlerden-atese-tutulub-yaralilar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR