AZAL: Sərnişinlər Çində yayılan virusa görə aviabiletləri cərimə olunmadan geri qaytara və tarixini dəyişə bilərlər

AZAL: Sərnişinlər Çində yayılan virusa görə aviabiletləri cərimə olunmadan geri qaytara və tarixini dəyişə bilərlər
10:22 28 Yanvar 2020
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edilə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə callcenter@azal.az elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks əlaqə forması vasitəsilə əlaqə saxlanıla bilər: https://help.azal.az/hc/az/requests/new

Xəbər verdiyimiz kimi, hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur.

Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3183351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR