Dünya çempionumuz Rusiyada qəzada öldü - FOTO

Dünya çempionumuz Rusiyada qəzada öldü - FOTO
15:05 28 Yanvar 2020
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.

Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.

Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/821443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR