Hamamda YENİ VİDEOSU yayılan Tacir Şahmalıoğludan İlahə Fədaya cavab

Hamamda YENİ VİDEOSU yayılan Tacir Şahmalıoğludan İlahə Fədaya cavab
11:48 29 Yanvar 2020
215 Şou
Ölkə mətbuatı
A- A+

54 yaşında 3-cü dəfə ata olan müğənni Tacir Şahmalıoğlu oğlunu hamamda çimizdirdiyi video görüntülər haqqında yayılan iradlara cavab verib.

Publika.az xəbər verir ki, Tacir Şahmalıoğlu həmkarı İlahə Fədanın son müsahibəsində onu tənqid etməsini ələ salıb. Müğənni bu dəfə qış geyimində hamamda video çəkib. O, oğlunu qucağına alaraq paltar və papaqla hamama girib, səbəbini isə belə izah edib:

“Uşağı çimizdirmək istəyirəm. Soyunanda söz-söhbət olur deyə paltarlı çimizdirirəm. Çox adam deyir ki, niyə soyunub çimizdirirsən. Daha belə çimizdirəcəyəm”, - deyə Tacir bildirib.

Məlumat üçün bildirək ki, İlahə həmkarının yeni doğulan oğlu ilə hamamda çimərkən çəkdirdiyi videosunu tənqid edib. O, “Biz tərəfdə 40-45 yaşlı kişilər övladlarının adını da çəkmirdilər. Bir oğlu olub. Gah hamamda lüt video çəkdirir yayır, gah nə edir. Nə olub? Kimə nəyi sübut edirsən? Xasiyyəti də yoxdur” deyə müsahibəsində bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/303253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR