Portuqaliyanın səkkiz şəhəri Avropanın mədəniyyət paytaxtı adına iddia edir

Portuqaliyanın səkkiz şəhəri Avropanın mədəniyyət paytaxtı adına iddia edir
21:57 29 Yanvar 2020
120 Dünya
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın səkkiz şəhəri 2027-ci ildə Avropanın mədəniyyət paytaxtı adı üçün müraciət etmək niyyətindədir. Bu şəhərlər öz strateji planlarının bəzi detallarını təqdim etməyə hazırlaşırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropanın mədəniyyət paytaxtlarının Avropa Parlamenti tərəfindən təsdiq edilmiş siyahısına müvafiq olaraq 2027-ci ildə bu titula Portuqaliyanın və Latviyanın şəhərləri layiq görüləcək.

Portuqaliyanın Aveyru, Braqa, Koimbra, Evora, Faru, Quarda, Leyriya və Oeyraş şəhərlərinin merləri öz şəhərlərini 2027-ci ildə Avropanın mədəniyyət paytaxtları adına namizəd irəli sürdüklərini elan ediblər.

Daha əvvəl Portuqaliyanın üç şəhəri - Lissabon (1994), Portu (2001) və Gimaraynş (2012) şəhərləri Avropanın mədəniyyət paytaxtları tituluna layiq görülüb.

Mədəniyyət paytaxtı adının verilməsi üçün Avropa meyarları güclü olan mədəniyyət proqramı təqdim edilməlidir. Bu proqram yerli iqtisadi, mədəni və sosial inkişafa davamlı təsiri olan uzunmüddətli strategiyanın bir hissəsi olmalıdır. İddiaçı şəhərlər Avropa İttifaqının proqram və fondlarından maliyyə dəstəyi almaq imkanlarını öyrənməlidirlər.

Müraciətlərin qiymətləndirmə meyarlarına altı kateqoriya daxildir: "Uzunmüddətli perspektivə töhfə", "Avropa ölçüsü", "Mədəni və bədii məzmun", "İcra qabiliyyəti", "Proyeksiya" və "İdarəçilik".

60 il ərzində 60-dan çox şəhər Avropanın mədəniyyət paytaxtı seçilib.

Avropa Komissiyasının məlumatına görə, mədəniyyət paytaxtı tituluna layiq görülmüş ilk şəhər Afina olub. Belə ki, layihə Yunanıstanın ovaxtkı Mədəniyyət naziri Melina Merkuri tərəfindən düşünülüb.

2020-ci ildə Avropanın mədəniyyət paytaxtları Riyeka (Xorvatiya) və Qoluey (İrlandiya), 2021-ci ildə isə Timişoara (Rumıniya), Elevsin (Yunanıstan) və Novi-Sad (Aİ-yə daxil olmağa namizəd ölkə - Serbiya) olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR