Azərbaycan və Ermənistan XİN başçılarının görüşü

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, görüş 7 saat davam edib: "Tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsini və danışıqlar gündəliyinin bütün məsələlərində nəzərəçarpan nəticələrin əldə edilməsini müdafiə ediblər. İclas sabah davam edəcək"

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR