Cənubi Koreya koronavirusla mübarizə üçün Çinə maddi yardım göstərəcək

Cənubi Koreya koronavirusla mübarizə üçün Çinə maddi yardım göstərəcək
10:37 30 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Koreya Respublikası hökuməti yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün Çinə 5 milyon dollar ayırmaq qərarına gəlib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Seul yeni növ sətəlcəm xəstəliyinin yayılması ilə əlaqədar olaraq Pekin fərdi müdafiə və gigiyena vasitələri, o cümlədən 2 milyon tibbi maska verməyi təklif edib. Bundan əlavə, Cənubi Koreya hökuməti Çin tərəfinə 100 min qoruyucu kostyum və eynək tədarük etmək niyyətində olduğunu açıqlayıb.
Daha əvvəl Koreya Prezidenti Min Çje İn Çin dövlət başçısı Si Tszinpinə göndərdiyi məktubda ölkəsinin xəstəliyin yayılmasının qarşısını almaq üçün Çinə hər cür dəstək verməyə hazır olduğunu bildirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreya-koronavirusla-mubarize-ucun-cine-maddi-yardim-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR