"Mercedes" mayallaq aşdı, sürücü nömrələri çıxarıb qaçdı - FOTO

"Mercedes" mayallaq aşdı, sürücü nömrələri çıxarıb qaçdı - FOTO
12:32 17 Yanvar 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

Gənc sürücü sərxoş vəziyyətdə olub və avtomobili yüksək sürətlə idarə edirmiş
Yanvarın 16-da gecə yarısı Yasamal rayonu, Salamzadə küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, üzü "Qələbə" dairəsi istiqamətində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çıxaraq yol nişanını və ağacı əzəndən sonra sağ zolağa çıxıb və 20 metr süründükdən sonra orada hərəkətdə olan "Nissan" markalı avtomobilə çırpılıb. "Nissan" isə yoldan çıxaraq divara dəyib.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. "Mercedes" ümumiyyətlə yararsız hala düşüb. Yol polisi əməkdaşlarının hadisə yerinə gəldiyini görən "Mercedes"in sürücüsü avtomobilin dövlət nömrə nişanlarını açaraq hadisə yerindən qaçıb. Şahidlərin dediklərinə görə, gənc sürücü sərxoş vəziyyətdə olub və avtomobili yüksək sürətlə idarə edirmiş. Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR