"Azerbaijan Best Awards"ın keçiriləcəyi tarix məlum oldu:

Bir çox biznes və media nümayəndələrinin maraq dairəsində olan «Azerbaijan Best Awards» mükafatlandırma mərasimi fevral ayının 3-də, Boulevard Hotel Baku-da keçiriləcək.

Metbuat.az xəbər verir ki, "NS Jewellery"nin baş sponsorluğu ilə keçiriləcək mərasimdə nüfuzlu mükafat sayılıb seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media, tibb, idman, moda, ictimai xadimlərə, memar-dizaynerlerə, elm xadimlərinə, influencerlərə, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq.

Mükafat alanalar arasında, xarici ölkələrin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Adel İbrahim, Adil Embarş və Hüsnan bəy Fənanie, Xalq artistlərindən Həmidə Ömərova, İlham Namiq Kamal, Nisə Qasımova, Faiq Ağayev, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, müğənnilərdən Zamiq Hüseynov, Çingiz Mustafayev, Eldar Qasımov, Günay İbrahimli, Sevda Yəhyayeva, Nura Suri, Xəyyam Nisanov, Dilarə Kazımova, Natavan Həbibi, TV aparıcılardan Afaq Gəncəli, Vüsalə Əlizadə, Zümrüd Bədəlova, Suna Kasımoğlu, idmançılardan Eduard Məmmədov, Tofiq Musayev və futbolçu Mahir Emrəli, tibb sektorundan Dr. Xəyal Səmədov, Dr. Azay Musayeva, Dr. Svetlana İbadullayeva, Dr. Cəmilə Huseynova və Dr. Sevinc Heydərova. Biznes sektorundan Şahin Mirikişili, Ramil Rzayev, Cəlal Kəngərli, Ruslan Mamedov, Sərvər Novruzov, İctimai şəxslərdən Pərvin Şərifov, Memarlardan Əfsanə Muradova, dəb sektorundan Leyli Zalova, Elnur Həsənov, Günəş Nur, Aynur Talibli və digər məşhurlar yer alıb.

Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək. Tədbir saat 17:00-da başlayacaq ilk öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər. Gecənin proqramında qonaqlar müxtəlif markaların moda şoularını izləyəcək, tədbir bitdikdən sonra isə mükaftçılar DJ Çinanın müşaiəti ilə, "after party"də iştirak edəcəklər.

Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simalarında iştirakı gözlənilir. Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

Layihənin media dəstəkçisi "Metbuat.az" saytıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR