Səməd Seyidov AŞPA-nı Azərbaycana qarşı təzyiqlərə son qoymağa çağırıb

Səməd Seyidov AŞPA-nı Azərbaycana qarşı təzyiqlərə son qoymağa çağırıb
15:22 30 Yanvar 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

"Bu hesabat ədalətli deyil və biz belə bir sənədi qəbul etməyəcəyik". 
"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.
O, AŞPA-nı Azərbaycana qarşı təzyiqlərə son qoymağa çağırıb: "Biz əməkdaşlığa və dialoqa qarşı deyilik. Parisdə Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı konstruktiv yanaşma nümayiş etdirilmişdi. Lakin sonradan Azərbaycana qarşı təzyiqlər başladı. Halbuki Azərbaycanda islahatlar gedir. Ölkədə əfv fərmanları verilib. Azərbaycan hər zaman əməkdaşlığa, dialoqa açıq olub. Lakin bu hesabat ədalətli deyil və biz onu qəbul etməyəcəyik". 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/semed-seyidov-aspa-ni-azerbaycana-qarsi-tezyiqlere-son-qoymaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR