x
Loading...

Tuba Büyüküstünün hamamda görüntüləri yayıldı - FOTO

Tuba Büyüküstünün hamamda görüntüləri yayıldı - FOTO
17:23 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Türkiyənin “Netflix” platforması üçün çəkdiyi “Rise of Empires: Ottoman” adlı sənədli serialda aktrisa Tuba Büyüküstünün hamam səhnələri gündəm yaradıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyaya səs salan layihə həftəsonu “Netflix”də yayımlanmağa başlayıb. Uzun müddətdir ki, ekranlarda görünməyən Tuba Büyüküstünün hamamda çəkilən səhnəsi diqqət çəkib.

Qeyd edək ki, Fatih Sultan Mehmetin həyatı və İstanbulun fəthi haqqında çəkilən sənədli serialda əsas rollarda Cem Yiğit Üzümoğlu, Selim Bayraktar, Birkan Sokullu, Osman Sonant, Tolga Tekin, Ushan Çakır, Damla Sönmez və başqaları çəkilib.

Prof.Dr. A.M Celal Şengör və Dr. Emrah Safa Gürkanın ssenarisini yazdığı, “Karga Seven” və “STX Entertainment” tərəfindən hazırlanan sənədli serialın rejissorluğunu Emre Şahin edib. Çəkilişləri İstanbulda həyata keçirilən “Rise of Empires: Ottoman” (İmperiyaların çiçəklənməsi: Osmanlı imperiyası) altı bölümdən ibarətdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/303420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR