Azərbaycan və Türkiyə vətəndaşlarının Çindən təxliyəsinə başlanılır

Azərbaycan və Türkiyə vətəndaşlarının Çindən təxliyəsinə başlanılır
10:12 31 Yanvar 2020
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə vətəndaşlarını Çinin Uhan vilayətindən təxliyə edən Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Kayseri əyalətinin hərbi hava limanına enib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları da Çindən təxliyə olunacaqlar.

Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.

"Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, 2019-nCoV koronavirusu ötən ilin dekabrından yayılmağa başlayıb. Yoluxma halları artıq Cənubi Koreya, Yaponiya, Tailand, ABŞ, BƏƏ, Sinqapur, Honkonq, Avstraliya və digər ölkələrdə də qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/822117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR