Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb
10:22 31 Yanvar 2020
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə yanvarın 29-da, saat 21 radələrində, paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Baydəmirov küçəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs 1983-cü il təvəllüdlü V.Nəcəfova bıçaqla bədən xəsarəti yetirərək hadisə yerindən qaçıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Şöbəsində (PŞ) Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Daha sonra Suraxanı RPİ-nin Cinayət Axtarış Şöbəsi, 31-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ümid Səfərzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-37-yasli-kisini-bicaqlayan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR