Xırdalanda su olmayacaq

Xırdalanda su olmayacaq
12:08 31 Yanvar 2020
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 31 yanvar 2020-ci il tarixində gün ərzində şəhərin 26-cı məhəlləsinə və Quşçuluq massivi adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3184939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR