“Bank VTB Azərbaycan” ötən ili mənfəətlə başa vurub

12:27 31 Yanvar 2020
29 Digər
Ölkə mətbuatı
A- A+

“Bank VTB Azərbaycan” ASC 2019-cu ili 4,755 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 250,847 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Bank VTB Azərbaycan”ın gəlirləri 13,076 milyon manat (illik müqayisədə 31,2 dəfə çox), xərcləri 21,942 milyon manat (9% çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 13,621 milyon manat (əvvəlki il ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 157,359 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3% çoxdur. Bunun 62,048 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 25,6% böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 20,8% artaraq 97,067 milyon manata, o cümlədən depozit portfeli 0,4% artaraq 58,965 milyon manata, balans kapitalı isə 9,7% artaraq 60,292 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-azerbaycan-oten-ili-menfeetle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR