Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir (FOTO)
12:29 31 Yanvar 2020
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

60 saylı Salyan-Neftçala secki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Qaraçala qəsəbəsi ərazisində yerləşən Şəhidlər xiyabanını ziyarət edib.

Trend-in məlumatına görə, hər bir şəhid ayrı-ayrılıqda anılıb, məzarları üzərinə tər çiçəklər düzüldükdən sonra ruhlarına dualar oxunub.

Şəhid məzarlarının ziyarətindən sonra deputatlığa namizəd şəhid ailələri və kənd ağsaqqalları ilə görüşlər keçirib.

Fəzail Ağamalı şəhid anaları Qubadova Tahirə, Mustafayeva Nübar, Xəlilova Humayı,İsayeva Arəstə, şəhid İslam Ağayevin həyat yoldaşı Ağayeva Şəhla, tanınmış kənd ağsaqqallarından İmanverdiyev Mansur və digərlərilə görüşüb.

Görüşlərdə şəhid ailələri üzərində dövlət qayğısının üzərində dayanıldı, şəhid ailələrinin sosial problemlərinin həlli ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Fəzail Ağamalının şəhid ailələrinə ziyarəti yüksək qiymətləndirilib.

9 Fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə Fəzail Ağamalıya uğurlar arzulayıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3184952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR