İran Çinə təyyarə uçuşlarını dayandırıb

İran Çinə təyyarə uçuşlarını dayandırıb
22:07 31 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

İran yeni koronavirus infeksiyasının sürətli yayılması fonunda Çinə təyyarə uçuşlarını dayandırıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Səid Namakiyə istinadən “Tasnim” agentliyi bildirib.
Namaki qeyd edib ki, qərar hökumətin vitse-prezidentin, yol və şəhərsalma nazirinin, daxili işlər nazirinin, hökumət rəsmisinin, səhiyyə nazirinin və Xarici İşlər Nazirliyi nümayəndələrinin də iştirak etdiyi fövqəladə iclasında qəbul edilib.
Məlumata görə, İrandan Çinə və əks istiqamətə bütün reyslərin dayandırılmasına baxmayaraq, bu ölkənin hazırda Çin Xalq Respublikasında olan vətəndaşları gələn həftə vətənə qaytarılacaq. Çindən gəlmiş İran vətəndaşları 14 gün karantindən keçəcəklər, yalnız bundan sonra adi həyata qayıda biləcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-cine-ucuslari-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR