Elazığda 4,5 bal gücündə zəlzələ olub

Elazığda 4,5 bal gücündə zəlzələ olub
06:01 1 Fevral 2020
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Elazığ əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:32-də Sivricə rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 6,97 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3185392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR