Qanun pozuntuları dayandırılmalıdır! - Naqif Həmzəyev AŞPA-da səsləndirib (FOTO)

Qanun pozuntuları dayandırılmalıdır! - Naqif Həmzəyev AŞPA-da səsləndirib (FOTO)
16:22 1 Fevral 2020
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünya geosiyasətindəki son dəyişikliklər Yaxın Şərqdən və Afrikadan miqrant axınına səbəb oldu. Birləşmiş Millətlər Təşkilatının məlumatında 2014 - 2018-ci illərdə hər gün qeydə alınan bir miqrant uşağının öldüyü və ya itkin düşdüyü bildirilir, düşünürəm ki, bu, dəhşətdir.

Trend-in məlumatına əsasən, bunu Naqif Həmzəyev Strasburqda Avropa Şurasının Parlament Asambleyasının qış sessiyası çərçivəsində Avropadakı qaçqın və miqrantların uşaqları ilə bağlı dinləmələr zamanı bildirib.

"Bu mövzu məni xüsusilə narahat edir, çünki Azərbaycanda 1 milyona yaxın soydaşımız torpaqlarımızın işğalı və Ermənistanın təcavüzü səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb və onların 40% - i uşaqlardır. Serap xanım Yaşarın hesabatı uşaq miqrasiyasının qlobal mahiyyətinə işıq saldı, Məruzəçiyə Avropadakı mühacir uşaqların və qaçqınların üzləşdikləri əsas problemlərdən ətraflı bəhs etdiyi üçün təşəkkür edirəm", - deyə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü qeyd edib.

Daha sonra Naqif Həmzəyev miqrant uşaqların ən pis zorakılıq və zərər formalarına məruz qalma riskindən danışaraq, uşaqların asanlıqla insan alverçilərinin və digər cinayətkarların qurbanı, şiddət və məhrumiyyətlərə məruz qalmaları hallarına diqqət çəkib.

"Belə qanun pozuntuları dayandırılmalıdır! Avropa Şurasına üzv olan bütün dövlətlər Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının iştirakçılarıdır və buna görə də uşaqların maraqlarını müdafiə etməlidirlər. Sənədləri olmayan miqrant uşaqlarının dövlət orqanları tərəfindən qeydiyyata alınması, miqrasiya ilə bağlı qarşılaşdıqları məsələlər beynəlxalq müzakirələrin əsas diqqət mərkəzinə çevrilməlidir" - deyə Naqif Həmzəyev bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3185666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR