İpoteka və Kredit Zəmanət Fondu “PAŞA Kapital İnvestisiya Şirkəti”ni keçirdiyi tenderin qalibi elan edib
Paylaş
82 baxış·1 dəq oxu
İpoteka və Kredit Zəmanət Fondu üçün qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender başa çatıb. “Report” xəbər verir ki, tenderin qalibi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub. Yanvarın 29-da tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.